Oktyabrın 17-də Bakının Binəqədi, Sabunçu, Nərimanov və Nəsimi rayonları ərazilərində dilənçiliklə məşğul olan 21 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində müvafiq tədbir görülüb. Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, oktyabrın 18-də paytaxtın Binəqədi, Nərimanov və Qaradağ rayonları ərazilərində avaralıq və dilənçiliklə məşğul olan 56 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində müvafiq tədbir görülüb.