Auditoriyaya girən növbəti müəllim belə başladı sözünə.
Əgər həddən artıq yüksək gəlirli təbəqənin nümayəndələrinin qatıldığı tədbirlərə qatılmaq, onları tanımaq imkanınınız varsa, izləyin dedi.Onlar çox rahatdırlar. Onlar - çox zəngin ailələrin ən azı üçüncü nəslindən olanlardır. Rahatdırlar, arxalarında çox böyük bir sərmaye var, heç yerə tələsmirlər. Ataları da tələsmirdi, babaları bəlkə də tələsirdi. Babaları isə tələsirdi çox güman. Ömrünün böyük hissəsini tələsmişdi. Bu bir davranış kodudur. Bir neçə nəsil eyni vəziyyət davam etdikdə davranış tərzinə çevrilir.
Yoxsullaşmış zadəgan ailələrin övladlarına baxın dedi, onlar da tələsmirlər, davranışlarında əminlik var. Bu kodları silmək asan deyil. Antropoloji xüsusiyyətlərimiz kimi. Heç bir zaman iş görməyən insanların əlləri kiçik olur. Bir neçə nəsil, eyni şəkildə davam edərsə, sülalədə heç kimin əli böyümür.
... Zəngin və kasıblar arasında minlərlə fərq tapmaq olar, ancaq zamana münasibətləri maraqlıdır. Fürsətləri qaçırmamaq üçün qaçan adamın ən dəyərsiz şeyi zamanınıdır, başını qaldırıb səmanın rəngini görəcək qədər vaxtı yoxdur çox vaxt. Avtobusda pəncərə önünü çox istəyir, çünki düşünməyə vaxt tapdığı nadir zamanlardandır. Nə qədər zamanı qaldığını düşünməyə vaxtı yoxdur heç.
Lem Çarlz deyirdi ki: “Zənginlik çox faydalıdır, vaxta qənaət etməyə imkan verir”.
P.S. Vaxtınız olsa “In time” filmini izləyin.
... Müəllim əşyalarını yığıb çıxmağa hazırlaşırdı. Pencəyindəki yağış ləkələri qurumaq üzrə idi. Səhər pəncərədən göy üzünə baxsaydı, çətirini götürərdi.