Modern.az

Keçmiş mətbuat katibi Təhsil Nazirliyində işləyəcək

Keçmiş mətbuat katibi Təhsil Nazirliyində işləyəcək

19 Oktyabr 2015, 16:04

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi Nurəddin Heydərov Təhsil Nazirliyində işləyəcək. Bu haqda o, özü Modern.az-a açıqlamasında bildirib. N.Heydərovun sözlərinə görə, Təhsil Nazirliyinin sifarişi ilə həyata keçiriləcək “Təhsilə İctimai Dəstək” layihəsinin rəhbəri kimi artıq yeni işinə başlayıb:

“Artıq işə başlamışam. Layihəmizin məqsədi “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın, təhsil sahəsində dövlət siyasətinin geniş ictimaiyyətinə çatdırılmasıdır”.

Nurəddin Heydərov 1998-ci ildən mətbuatdadır. 2002-ci ildən 2010-cu ilə kimi “Kaspi” qəzetinin baş redaktoru işləyib. Keçən il o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilmişdi. Bir neçə gün öncə isə Nurəddin Heydərov vəzifəsindən istefa verib.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi