Modern.az

İranlı polkovnik Suriyada öldürüldü

İranlı polkovnik Suriyada öldürüldü

19 Oktyabr 2015, 17:20


İran İnqilab Keşikçiləri Ordusunda vəzifəli bir polkovnik Suriyada öldürülüb.

Modern.az bildirir ki, bu haqda İranın yarı rəsmi ABNA agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, öldürülən Ya Zəhra batalyonunun komandiri polkovnik Müslim Khizabıdır.  

İranda İmam Hüseyn Diviziyasına bağlı Ya Zəhra batalyonunun illərcə komandirliyini edən Khizabın hərbi məsləhətçi kimi Suriyada olduğu bildirilib. Polkovnikin Suriyanın hansı bölgəsində və kimlər tərəfindən öldürülməsi ilə bağlı məlumat verilmir.  

Son iki həftədə biri general-mayor olmaq üzrə 5 yüksək səviyyəli İranın İnqilab Keşikçiləri komandiri Suriyada öldürülüb.    

Modern.az


Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!