1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyevin xeyrinə iki nəfər namizədliyini geri götürməsi ilə bağlı məlumat verib. Modern.az-a verilən xəbərə görə, onlardan biri Nuriyev Arif Mazan oğlu, digəri isə Allahverdiyev Rauf İlyas oğludur.
Arif Nuriyev açıqlamasında bildirib ki, 20 saylı Nərimanov ikinci seçki dairəsindən öz namizədliyini Adil Əliyevin xeyrinə geri götürüb: “Mən Arif Mazan oğlu Nuriyev 20 saylı Nərimanov ikinci seçki dairəsindən öz namizədliyini irəli sürmüşdüm. Amma düşünürəm ki, millət vəkilliyinə içərimizdən daha güclü və seçicilərin istəklərinə cavab verə biləcək biri layiq görülməlidir. O namizəd ki, istər siyasi arenada, istərsə də beynəlxalq arenada bizləri layiqincə təmsil edə bilsin. Bu sahədə böyük təcrübəyə malik insan isə məhz Adil Əliyevdir. Adil Əliyev illərdir ki, bu dairənin depuatatıdır və daim seçiciləri ilə sıx təmasdadır. Mən özüm dəfələrlə şahidi olmuşam ki, onun qərargahının qapısı günün 24 saatı vətəndaşların üzünə açıq olub. Bu və ya digər məsələləri düşünürək bu gün öz istəyimlə namizədliyimi Adil Əliyevin xeyrinə götürürəm. Bütün seçicilərdən də tək istəyim odur ki, Adil Əliyevə səs versinlər. Allah Adil Əliyevin yolunu açıq etsin”.Rauf Allahverdiyev isə öz növbəsində bildirib ki, Adil Əliyevlə illərdir tanışdır və parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən Adil Əliyev şəriksiz deputat seçiləcək: “Hesab edirəm ki, Adil Əliyev millət vəkili adına layiqdir. O hər zaman seçicilərinin dərdinə şərik olur, onların problemlərinin həllinə çalışır. Ona görə də namizədliyimi Adil Əliyevin xeyrinə geri götürürəm. Seçiciləri, o cümlədən də ərəfdarlarımı seçkidə namizəd Adil Əliyevə səs verməyə çağırıram”.
Modern.az