Modern.az

Vergilər Nazirliyinin müfəttişi işdən qovuldu

Vergilər Nazirliyinin müfəttişi işdən qovuldu

19 Oktyabr 2015, 17:52


Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi Ramil Babayev vəzifə funksiyalarının icrası zamanı bir sıra ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib.

Bu haqda Modern.az saytına nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, vətəndaş müraciətlərinin araşdırılması ilə bağlı aparılan təhlillər və daxili nəzarət tədbirləri nəticəsində Ramil Babayevin məsuliyyət dairəsinə aid olan ərazidə vergi ödəyiciləri ilə işlərin düzgün qurulmadığı, mövcud qaydaların tələblərinə zidd olaraq, onun tərəfindən bəzi hallarda yoxlama materiallarının araşdırılmasında vergi ödəyicilərinin iştirakının təmin edilmədiyi və digər qanunsuzluqlar aşkar edilib.

Ramil Babayev yol verdiyi nöqsanları etiraf etsə də, son bir neçə ay ərzində onun barəsində analoji nöqsanlara görə töhmət və sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət intizam tənbehi tədbirləri görüldüyü nəzərə alınaraq vergilər nazirinin əmri ilə vergi orqanlarında xidmətinə xitam verilib.

Gülşən RAUFQIZI  

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!