46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşlərini keçirib.
Modern.az xəbər verir ki, bu gün Şirvan şəhərinin müxtəlif ərazilərində görüşlər keçirən Rafael Cərbayılovun ilk görüşü H. Əliyev pr., 1b, 44, 46 və Xaqani küçəsi 5 saylı binanın sakinləri ilə baş tutdu. Namizəd müvafiq olaraq Şirvan şəhəri, Xaqani küçəsinin 1,2,11, 88 və Leytenant İbrahimov küçəsi 14,16,18 və 20 saylı binanın sakinləri ilə də görüşdü.
Rafael Cəbrayılovu hər 3 görüşdə şəhər sakinləri böyük hörmət və mehribanlıqla qarşıladılar. Seçicilər qarşısında çıxış edən namizəd sakinlərlə görüşündən məmnunluğunu bildirərək, hər kəsi seçkilərdə aktiv olmağa və layiqli namizədə səs verməyə dəvət etdi.
Bina sakinləri çıxış edərək Rafael Cəbrayılovun 10 illik deputat fəaliyyətini yüksək qiymətləndirdilər. Şirvanlı bir ziyalının Şirvan şəhərindən deputatlığa namizəd olmas ilə fəxr etdiklərini və birmənalı olaraq Rafael Cəbrayılova səs verəcəklərini bildirdilər.
Modern.az