Modern.az

Türkiyədən qardaş təbriki

Türkiyədən qardaş təbriki

19 Oktyabr 2015, 00:11

“Azərbaycan Qafqazın və bölgənin parlayan ulduzudur. Azərbaycanın güvən və istiqrar içində inkişafı hər gün heyranlıqla və təqdirlə izlənməkdədir”.

Modern.az xəbər verir ki, bu fikirlər İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyinin (İSTAD) 18 Oktyabr müstəqillik günü münasibətilə təbrik mətnində yer alıb.

 Təşkilatın idarə heyətinin rəhbəri Sefer Karakoyunlu bildirib ki,  Azərbaycan Türkiyə arasındakı qardaş münasibətlərinin tarixi əsrlər öncələrə gedib çıxır:

 “Bu qardaşlıq bu gün olduğu kimi gələcəkdə də ən üst səviyyədə davam edəcək.  Türkiyə-Azərbaycan dərnəyi olaraq Azərbaycan Respublikasinin müstəqilliyinin bərpasının 24-cü ildönümünü qürurla qeyd edirik. Müstəqillik naminə şəhid olan soydaşlarımızın ruhuna rəhmət diləyirik”. S.Karakoyunlu bildirir ki, Qafqazlarda bu stabilliyin davam etməsi üçün Ermənistan işğal etdiyi Dağlıq Qarabağ bölgəsini qeyd-şərtsiz dərhal tərk etməlidir. Bununla da bölgə daha çox inkişaf edəcək, regionda sülh hökm sürəcək:

“Bu anlamda bütün dünya dövlətlərini diqqətli olmağa çağırırıq. Ayrıca Azərbaycan türklərinin zərərinin ödənilməsini də tələb edirik”.

İSTAD rəhbəri növbəti müstəqillik gününü işğaldan azad edilmiş Qarabağ torpaqlarında qeyd olunmasını arzulayıb.

F.Əliyeva

   
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?