Modern.az

Cavid Qurbanov Kəlbəcər seçicilərilə görüşüb-FOTOAR

Cavid Qurbanov Kəlbəcər seçicilərilə görüşüb-FOTOAR

19 Oktyabr 2015, 23:11

 

Yeni Azərbaycan Partiyasının 123 saylı Kəlbəcər  rayon Seçki Dairəsi üzrə Milli Məclisə deputatlığa namizəd Cavid Qurbanovun təbliğat- təşviqat kampaniyası davam edir.

 Modern.az  xəbər verir ki, növbəti görüş Gəncə şəhərində məskunlaşmış Kəlbəcər rayon sakinləri ilə keçirildi.

Tədbiri YAP Kəlbəcər rayon Təşkilatının sədri Akif Əsgərov açdı və təbliğat-təşviqat kampaniyası barədə ətraflı məlumat verdi.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Millət Vəkili Cavid Qurbanov tərəfindən 10 il ərzində görülmüş işləri seçicilərin diqqətinə çatdırdı.

Millət vəkili Cavid Qurbanov ilk öncə 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbriklərini çatdırdı. Dövlət Müstəqilliyi 1991-ci ilin 18 oktyabrında qəbul edilsə də Azərbaycan özünün müstəqilliyini ümummilli lider Heydər Əliyevin qaydışından sonra əldə etdi. Məhz ulu öndərin zəngin siyasi təcrübəsi, vətənə olan tükənməz sevgisi  Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə hökm sürən xaos və anarxiyanı aradan qaldırdı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş  iqtisadi inkişaf strategiyası bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanın razılığı olmadan regionda heç bir beynəlxalq layihə reallaşmır. Məhz cənab Prezidentin yorulmaz səyləri nəticəsində ölkəmizə böyük iqtisadi və siyasi dividentlər gətirəcək Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin, ticarət, nəqliyyat-kommunikasiya əlaqələrini özündə birləşdirən Şərq-Qərb və Şimal-Cənub kimi iki böyük nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi sayəsində  Azərbaycan  regionun  nəqliyyat-logistika mərkəzinə çevriləcəkdir. 

Həmçinin qeyd etməliyəm ki, möhtərəm Prezidentimiz tərəfindən qaçqın və məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması və sosial problemlərinin həlli istiqamətində mühüm dövlət proqramları  qəbul edilərək həyata keçirilmişdir. Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrinə də daim dövlət tərəfindən diqqət və qayğı  göstərilir. Onların yaşayış şəraiti yaxşılaşdırılır, evlə təmin edilir və hal-hazırda da bu proses davam edir. Millət vəkili kimi məndə çalışmışam ki, seçicilərimin problemlərini daim diqqət mərkəzində saxlayım. Qeyd edirəm ki, bu illər ərzində imkanım daxilində problemlərin həllinə qismən də olsa nail olmuşuq.

Möhtərəm Prezidentimiz tərəfindən  həyata keçirilən siyasətin əsasında və mərkəzində  Azərbaycanın vətəndaşı, onun qayğıları, təhlükəsizliyi və rifahı dayanır.

Həmçinin, təhsil, səhiyyə,nəqliyyat,  mədəniyyət və digər sahələrdə də davamlı, operativ  fəaliyyət göstərilir.  Danılmaz faktdır ki, ölkəmizin inkişafında  dövlətə ən güclü dəstək verən  birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı Səfiri, millət vəkili Mehriban xanım Əliyevadır. Kəlbəcərlilər hər zaman ulu öndər Heydər Əliyev siyasi kursuna, bu kursun layiqli davamçısı möhtərəm Prezidentimizə və dövlətçiliyimizə sadəqətli olublar.  Ölkəmizdə keçirilən bütün seçkilərdə Kəlbəcərlilər öz səsləri ilə Yeni Azərbaycan Partiyasının qələbəsini təmin ediblər.

 Tədbirdə Respublika Ağsaqqallar Şurasının üzvü Qənbər Qurbanov, professor Şahlar Əsgərov, professor Şirindil Alışanov, şair, publisist Adil Cəmil, əməkdar müəllim Mirsəyyaf Zamanlı, ziyalı Vəliyəddin İsmayılov və digər çıxış edənlər YAP-ın tarixindən, ölkədə həyta keçirilən quruculuq və abadlıq işlərindən və YAP-nın namizədi Cavid Qurbanovun fəaliyyəti barədə ətraflı məlumat verdilər.Görüşdə iştirak edən bütün kəlbəcərlilər 1 noyabr seçkilərində YAP-dan namizədliyi irəli sürülmüş Cavid Qurbanova səs verəcəklərini bəyan etdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!