Həcc ziyarəti zamanı Məkkədəki basabas zamanı həlak olanların sayı 2110 nəfərə çatıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu açıqlama Səudiyyə Ərəbistanı hökumətinin Həcc ziyarəti təşkili zamanı təhlükəsizlik problemlərinə həsr olunan görüşündən sonra verilib.
Bundan əvvəl ziyarət zamanı basabasda 1453 zəvvarın öldüyü bildirilirdi. Buna qədər 1990-cı ildə Məkkədə 1426 nəfər ölmüşdü.
Faciəli hadisə sentyabrın 24-də Məkkədəki Mina vadisində baş verib.
Modern.az