Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov vəzifəsindən azad edilib. “Report”un xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Qeyd edək ki, İ.Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.
Trend isə Səbail Rayon Polis İdarəsinə istinadən xəbər verir ki, polis polkovniki İlqar Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
İdarədən verilən məlumata görə, hazırda İ.Mahmudov işinin başındadır. Onun işdən azad edilməsi ilə bağlı da heç bir əmr və ya qərar verilməyib.
Modern.az xatırladır ki, şənbə günü ölkə başçısı İlham Əliyevin sərəncamı ilə general-polkovnik Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Media vəzifədən azad edilən sabiq nazirlə bağlı ziddiyətli xəbərlər yaymaqda davam edir. Onun gah saxlanıldığı, gah da ev dustağına məhkum edildiyi bildirilir.Modern.az