Modern.az

Səməd Vurğunun Ev muzeyində Vaqif Səmədoğlu guşəsi açılıb

Səməd Vurğunun Ev muzeyində Vaqif Səmədoğlu guşəsi açılıb

20 Oktyabr 2015, 10:00


Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun Ev muzeyində bu ilin əvvəlində dünyasını dəyişən xalq şairi Vaqif Səmədoğlunun guşəsi salınıb.

Bu haqda Modern.az-a muzeyə rəhbərlik edən Nüşabə Vəkilova məlumat verib.

Onun sözlərinə görə, Səməd Vurğunun Ev muzeyində  həyat yoldaşı Vaqif Səmədoğluya aid guşə salınıb və orada xalq şairinin şəxsi əşyaları, əlyazmaları qorunub saxlanılır.

Nüşabə Vəkilova yerin o qədər də geniş olmaması səbəbindən  əşyaların çoxunu yerləşdirə bilmədiklərini də qeyd edib.  

Elmin NURİ

 
Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!