Modern.az

Suriya, İraq və Əfqanıstandan Azərbaycana qaçmaq istəyənlərin sayı AÇIQLANDI – ÖZƏL

Suriya, İraq  və Əfqanıstandan Azərbaycana qaçmaq istəyənlərin sayı AÇIQLANDI – ÖZƏL

20 Oktyabr 2015, 10:30

Yaxın Şərq ölkələrində aparılan vətəndaş müharibələrinin mənfi nəticələrindən yorulmuş insanlar daha yaxşı yaşayış üçün Avopa ölkələrinə üz tuturlar.

Həmin ölkələrdə qaçqın statusu almaq üçün bütün təhlükələri, hətta ölümü göz önününə alaraq onlar yaşadıqları ölkələrin bəlalarından qurtulmağa çalışırlar.  

Bəs Azərbaycana qaçqın statusu almaq üçün necə nəfər gəlib?  

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin müvafiq dövrü ərzində qaçqın statusu almaq üçün quruma Suriyadan 1, İraqdan 1 və Əfqanıstandan 18 ərizəçinin müraciətləri daxil olub.  

Məlumatda qeyd edilir ki, müraciətlər müvafiq qaydada araşdırılıb və ərizəçilər tərəfindən göstərilən əsaslar qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olmadığı üçün onlara qaçqın statusunun verilməsindən imtina edilib.  

Aytən ZƏHRA


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu