“Müsavat Partiyası AXCP adında yalnız bir təşkilat tanıyır. Bu təşkilat öz qurultayını sentyabr ayının 27-də keçirərək ,növbəti dövr üçün rəhbərliyini seçib”.
Modern.az saytı xəbər verir ki, bu açıqlama ilə Müsavat başqanı Arif Hacılı çıxış edib. Bununla da Arif Hacılı Azərbaycan Xalq Cəbhəsi Partiyası kimi Əli Kərimlinin sədrlik etdiyi siyasi təşkilatı dəstəklədiyini nümayiş edtdrib.
“Razi Nurullayevin yaratdığı təşkilat isə başqa təşkilatdır. Ədliyə Nazirliyinin bu məsələ ilə bağlı qəbul edəcəyi hər hansı qərar Müsavat Partiyasının mövqeyinə təsir etməyəcək”,-deyə Arif Hacılı vurğulayıb.
Modern.az