Modern.az

Ağalar Vəliyevə seçicilərindən dəstək - FOTOLAR

Ağalar Vəliyevə seçicilərindən dəstək - FOTOLAR

20 Oktyabr 2015, 11:28


97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyev seçki-təşviqat kampaniyası çərçivəsində Tərtər rayonunun Bəyimsarov, Sarov və Borsunlu kəndləri ərazisində seçicilərlə mitinq-görüş keçirib.

Görüşü Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının sədri R.İ.Şabanov açaraq Milli Məclis deputatlığına namizədin tərcümeyi-halını oxumaq üçün sözü deptutatlığa namizədin vəkili Rəxşəndə Abdullayevaya, deputatlığa namizədin fəaliyyəti barədə məlumatı oxumaq üçün  isə sözü vəkil Nigar Əliyevaya verib. Görüşdə kənd ağsaqqalı, sakinlər, kənd xəstəxanasının baş həkimi çıxış ediblər.

Tədbiri YAP Tərtər Rayon Təşkilatının sədri R.İ.Şabanov yekunlaşdırıb.

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!