Modern.az

Muxtar Babayev seçiciləri ilə görüşüb - FOTOLAR

Muxtar Babayev seçiciləri ilə görüşüb - FOTOLAR

20 Oktyabr 2015, 11:38


43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisin deputatlığına namizədliyi irəli sürülmüş Muxtar Babayev seçiciləri ilə görüşüb. Görüşdə seçki Qərargahının üzvləri və seçki dairəsinin ərazisi üzrə  seçicilər iştirak edib.

Tədbirdə namizədin vəkilləri çıxış edib və son beş ildə görülən işlərdən ətraflı məlumat verilib. Namizədin hazırkı seçki platforması seçicilərin nəzərinə çatdırılıb.

Görüş zamanı deputatlığa namizəd Muxtar Babayev ölkədə aparılan geniş miqyaslı quruculuq abadlıq işlərindən, iqtisadi nailiyyətlərdən və qarşıda  duran vəzifələrdən ətraflı söz açıb.

Görüşlər 8 və 9-cu mikrorayonlarda keçirilib. Hər görüşdə 450 nəfər seçici iştirak etmişdir. Seçicilərin problem və təklifləri dinlənilmiş və onların həlli istiqamətində seçicilərə köməklik göstərilməsi bildirilib.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!