Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsi müzakirə olunur.
Modern.az saytı xəbər verir ki, qanun layihəsində Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu 136 manat məbləğində proqnozlaşdırılıb.
Sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 145 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 118 manat məbləğində nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Aytən Zəhra