Amerikalı məktəbli ölkənin əsas kəşfiyyat strukturu olan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Brennanın elektron poçtunu sındırıb.
Modern.az “New Tork Times”a istinadən xəbər verir ki, yeniyetmə haker Brennan elektron poçtundan 47 səhifəlik məxfi sənədi, MKİ-nin onlarla agentinin sosial sığorta nömrəsini, şəxsi məlumatlarını və terrorizmdə şübhəli bilinən şəxslərlə sərt soğru-sualların aparılmasını nəzərdə tutan məxfi təlimat sənədini ələ keçirdiyini deyib.Özünü “Crackas With Attitude” (Ürəkli dağıdıcılar) haker qrupunun üzvü kimi təqdim edən virtual xuliqanın axtarışı Federal Təhqiqatlar Bürosuna həvalə olunub.
Vüqar İsmayılov