Modern.az

Abbas Kasap: ”Adil Əliyev Türk dünyası məsələsində prinsipialdır”

Abbas Kasap: ”Adil Əliyev Türk dünyası məsələsində prinsipialdır”

20 Oktyabr 2015, 13:18

“Adil Əliyev türk dünyasında prinsipial mövqeyi ilə seçilən millət vəkillərindəndir”. Bu sözləri Hollandiya İraq Türkləri Göy Hilal Dərnəyinin sədri Abbas Kasap Adil Əliyev haqqında təəssüratlarını bölüşərkən söyləyib.

“Adil bəy şəxsiyyətinə böyük hörmətim var. Onun elə fəaliyyətləri var ki, bu nə mətbuatda çıxır, nə də özü danışır. Sadəcə olaraq, özünü reklamdan uzaq fəaliyyətləri ilə türk dünyasının birliyi üçün çalışır. Azərbaycan idmanı üçün gördüyü işlər göz qabağındadır. Beynəlxalq yarışlar təşkil etməklə, Azərbaycanın dünyada tanıdılmasına böyük dəstək olur. Hollandiyada onunla söhbətlərimiz olub. Olduqca, pozitiv bir şəxsiyyətdir. Onun Türk dünyasında ilk millət vəkili olaraq, Ağrı Dağına çıxmaqla adını tarixə yazdı. Türk dünyasını sevən şəxsiyyətlərimizdəndir.

Belə insanlarımızı qorumalıyıq. Mən bir İraq türkü olaraq, onunla qürur duyuram. Fəxr edirəm ki, Azərbaycanda belə dəyərli millət vəkilimiz var”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!