Modern.az

Bal yarmarkasında 650 kq saxta bal aşkar olundu!!!

Bal yarmarkasında 650 kq saxta bal aşkar olundu!!!

22 Oktyabr 2015, 13:16


Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 10 oktyabr 2015-ci il tarixdən Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirilir. Sərgi-satış yarmarkasında respubliknın əksər rayonlarından  gəlmiş arıçılar iştirak edir, xüsusilə Astara və Daşkəsən rayonlarından gələn arıçılar daha çox təmsil olunurlar. Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən arıçılara öz məhsullarını satmaq üçün lazımi şərait yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a bildirilib ki, bütün bal məhsulları rayonlarda zona baytarlıq laboratoriyalarında müayinədən keçirilib, bal məhsulu olan qablar  bağlanaraq möhürlənib və keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədlər əsasında arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarına təhvil verilib.Yarmarkanın keçirildiyi müddətdə şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədi ilə satış salonunda və bal saxlanan anbarda müşahidə kameraları quraşdırılıb.
 Eləcə də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən arıçılıq məhsullarının sərgi-satış yarmarkasının mütəşəkkil keçirilməsi üçün mütəxəssislərdən ibarət İşçi Qrupu yaradılıb və yarmarkanın gedişinə daim nəzarət edilir.

Nazirlikdən bildirilib ki, İşçi Qrupu tərəfindən salonda satılan arıçılıq məhsullarına nəzarət edilərkən laboratoriya müayinəsindən keçməyən, mənşəyi məlum olmayan,  anbara təhvil verilməyən və qeydiyyata alınmayan hər biri 50 kq-dan artıq  olan 13 ədəd balla dolu bidonların  21oktyabr 2015-ci il tarixdə yarmarkaya keçirilməsi faktı aşkar edilib.
 
İşçi Qrupu tərəfindən 7 arıçıya aid balla dolu olan bidonlar müvafiq qaydada aktlaşdırılaraq dərhal sərgi-satış yarmarkasından çıxarılıb və həmin arıçılar da yarmarkadan kənarlaşdırılıblar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama