Modern.az

Kürdəmirlilərin seçimi Əhliman Əmiraslanovdur - FOTOLAR

Kürdəmirlilərin seçimi  Əhliman Əmiraslanovdur - FOTOLAR

22 Oktyabr 2015, 17:29


65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd akademik Əhliman Əmiraslanov seçicilərlə növbəti görüşünü Kürdəmir rayonunun Mollakənd kəndində, ətraf kəndlərin  sakinlərinin də iştirakı ilə keçirdi. Heç bir seçicinin probleminə biganə yanaşmadığını  söyləyən görüş iştirakçıları, yekdilliklə səs verəcəkləri namizədini böyük coşqu ilə qarşıladılar.

Görüşdə ilk olaraq YAP Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli çıxış edərək, son illər rayonda görülən işlərdən, yeni tikilən məktəb binaları, çəkilən yollardan danışdı. Onun sözlərinə görə, rayonun sosial-iqtisadi vəziyyətinin yüksəldilməsi naminə görülən işlərdə millət vəkili Əhliman Əmiraslanovun xüsusi rolu olub. Sonra görüşə toplaşmış kənd ağsaqqalları, gənc fəallar çıxış edərək indiyə qədər onlara göstərdikləri köməyə görə Ə.Əmiraslanova təşəkkürlərini bildirdilər. Qeyd olundu ki, millət vəkili bu vaxta qədər heç kimin probleminə biganə yanaşmayıb, hər kəsi dinləyərək kömək etməyə çalışıb. Seçicilər Əhliman Əmiraslanovun təşəbbüsü ilə mütəmadi olaraq Bakıdan gələn yüksək ixtisaslı həkimlərin müayinə və müalicəsi nəticəsində sağlamlıq problemlərinin həll olunmasını xüsusilə qeyd etdilər. Görüşdə iştirak edən seçicilər 1 noyabrda seçki məntəqələrinə gələrək yekdilliklə, vahid namizədləri olan akademik Əhliman Əmiraslanova səs verəcəklərini bildirdilər.

Ə.Əmiraslanov çıxış edərək Azərbaycanda aparılan uğurlu dövlət siyasəti nəticəsində ölkədə iqtisadi durumun stabilləşdiyini, insanların sosial rifah halının ildən-ilə yüksəldiyini  bildirdi. Millət vəkili ölkədə təhsil və səhiyyənin inkişafı üçün əsaslı tədbirlər görüldüyünü, çoxsaylı yeni məktəb və xəstəxana binalarının tikildiyini, bu işlərin növbəti illərdə də davam etdiriləcəyini söylədi. Səmimi ünsiyyət şəraitində keçən görüşdə, millət vəkili bu xoş, mehriban  münasibətə görə öz təşəkkürünü bildirərək, seçiləcəyi halda, seçicilərin etimadlarını doğrultmaq üçün gücünü əsirgəmiyəcəyini və deputat səlahiyyətinə aid olan hər bir məsələdə seçicilərə kömək edəcəyini bildirdi.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!