Türkiyədə Avtobusçular İttifaqı tərəfindən keçirilən narkotik testində O.C adlı bir kişi sürücü hamilə çıxıb.
Modern.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu hadisə hər kəsi şoka salıb. Avtobusçular İttifaqı sürüclər arasında kiminsə narkotikə aludə olub-olmadığını araşdırmağa başlayıblar. Lakin kişi sürücülərdən birinin test nəticələri onun hamilə olduğunu göstərib. İttifaq rəsmiləri güman edir ki, sürücünün əvəzinə test üçün başqa bir nəfər idrarını (sidik) verib. Belə ehtimallar da var ki, analizlərin nəticəsi klinikada səhv salına bilib. Lakin tibb məntəqəsindən bu iddianı rədd ediblər. Digər ehtimal – sürücünün hansısa bir yolla analizini dəyişməsi ilə bağlıdır. Hələlik kişi sürücünün hamilə olması məsələsi araşdırılır. Modern.az