Modern.az

Hüquq müdafiəçisinə Beynəlxalq Bankla bağlı şikayətlər daxil olub

Hüquq müdafiəçisinə Beynəlxalq Bankla bağlı şikayətlər daxil olub

İqtisadiyyat

23 Oktyabr 2015, 13:55


Hüquq müdafiəçisi Novella Cəfəroğlu Beynəlxalq Bankla bağlı şikayətlər aldığını bildirib.

O, Modern.az saytına deyib ki, hazırda bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib: “İnsanlar çətin vəziyyətdədir. Beynəlxalq Bankdan götürdükləri kreditləri geri ödədikləri haqda əllərində rəsmi sənədləri olduğu halda vətəndaşları çək-çevirə salırlar”.

Hüquq müdafiəçisi bankın irəli sürdüyü iddialar səbəbində insanların ölkədən kənara çıxmalarına qadağa qoyulduğunu bildirib:

“İnsanların adını yalandan borcluların siyahısına yazıblar. Həmin şəxslərin arasında adi şəxslər, biznesmenlər, kiçik sahibkarlar var. Onların əlində olan sənədlərin hamısı ilə tanış olmuşuq.

Hamısı tam qaydasındadır. Biz imkan daxilində onlara kömək edirik. Artıq Daxili İşlər Nazirliyinə müraciət etmişik, danışıqlar aparırıq. Yəqin ki, məsələlərə aydınlıq gətiriləcək. Çünki onlarla insanın fəaliyyətinə mane olmaq, işlərini ləngitmək doğru deyil”.  

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama