Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının müqəddəs torpaqlara gedən insanlardan əlavə haqq götürmələri haqqında informasiyalar mətbuatda geniş müzakirə olunur.
İddialara görə, Kərbəlaya yola düşməzdən əvvəl zəvvarlar MTN-ə 70, Məşhədə getmək istəyənlər isə 10 manat pul köçürürlər. Pul köçürməyən zəvvarlara MTN süni maneələr yaradılıb.
Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Modern.az-a açıqlamasında faktı inkar edib:
“Bizim tərəfimizdən Kərbəlaya səfərlər təşkil edilmir. Məşhədə isə adamları aparırıq və onlardan heç bir əlavə haqq alınmır. Bunun mətləbə heç bir dəxli yoxdur.
Yıxılana balta vuran çox olur. Bu bizimkilərin xasiyyətidir. Belə bir şey yoxdur və mümkün deyil ki, onlardan MTN işçiləri əlavə 10 manat pul tələb etsinlər”.
Aytən ZƏHRA