Bu gün Gənclər üçün Təhsil Mərkəzinin nəzdində “Türk Gənclər Bölməsi” yaradılıb. Mərkəz rəhbərliyinin qərarı ilə Azərbaycanda təhsil alan türk tələbəsi Yasin Yeşilay bölmənin koordinatoru təyin edilib.
İlk dəfə olaraq Azərbaycanda birbaşa türk gənclərinin təşəbbüsü və şəxsən iştirakları ilə yaradılmış bu qurum iki qardaş ölkə arasındakı münasibətlərin gənclər sahəsində də inkişaf etdirilməsini nəzərdə tutur.
Bu gün bölmənin təqdimatı keçirilmiş, iştirakçılarla strateji məqsədlər, qarşıdakı planlar və idarəetmə strukturu müəyyənləşdirilmişdir.
Qeyd edək ki, bölmənin idarə olunmasında əsasən türk gəncləri özləri iştirak edəcək və təşəbbüslər həyata keçirəcəklər.
Növbəti həftədən etibarən bölmənin müxtəlif gənclər qruplarında və auditoriyalarında təqdimatlarının keçirilməsi də əsas planlardandır.
Yasin Yeşilayın verdiyi məlumata əsasən bölmə yaxın günlərdə özünün internet səhifəsini də ictimaiyyətə təqdim edərək, çox maraqlı təşəbbüsləri ilə gənclərin xüsusi maraq dairəsinə çevriləcək.
Modern.az