Bu gun Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) oktyabr ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hasabatını açıqlayıb. SİTM sədri Mübariz Əhmədoğlu hesabatı təqdim etdikdən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edib.
M.Əhmədoğlu deyib ki, Qazaxıstanda keçiriləcək Astana sammitində Dağlıq Qarabağ münaqişəsilə bağlı yeni bir sənədin imzalanması istisna olunmur: “Dağlıq Qarabağ münaqişəsinin həlli ona görə yubanır ki, Ermənistan bütün təkliflərə mənfi cavab verir. Amma artıq Ermənistanın “yox” deməyə taqəti qalmayıb. Ümid edirəm ki, Astana sammitində müəyyən bir sənəd imzalanacaq”.
SİTM sədri jurnalistlərlə söhbətində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni mənşəli kriminal qruplaşmaların ifşasının son vaxtlar sürətləndiyini deyib. Politoloq bildirib ki, ermənilərin krimal hərəkətlərə meyli tarixi keçmiş və irsiyyət üzərində qurulub: “Ermənilər təkcə Rusiyada deyil, ABŞ-da da kriminal dünyanın aparıcı simaları hesab olunurlar. Ermənilər yaratdıqları kriminal şəbəkələr hesabına topladıqları pulu öz siyasi məqsədlərinə çatmaq üçün xərcləyirlər. Onlar qeyri-qanuni yolla qazandıqları pulları ABŞ-ın Ermənistandakı maraqlarının əleyhinə yönəldən kimi Amerika onları cəzalandırdı. Son vaxtlar ABŞ-dakı erməni lobbisi və onların Konqresdəki dəstək qrupu idarəolunmaz vəziyyətə gəlmişdi. Ağ Ev administrasiyası ermənilərin lobbiçilik məqsədilə xərclədikləri pulun kriminal mənşəli olduğunu sübut etməklə, ABŞ-dakı erməni lobbisinə ciddi zərbə vurdu”. M.Əhmədoğlunun sözlərinə görə, kriminal elementlər Ermənistanda siyasi proseslərə ciddi təsir göstərirlər: “Ermənistanda prezident və parlament seçkilərində həm də “qanuni oğru”lar seçirlər. Ermənistan parlamentindəki 131 deputatın hər birinin öz ayaması var. Bu, onların kriminal qruplaşmalarla əlaqədə olduğunu göstərir”.
SİTM sədrinin sözlərinə görə Ermənistanda cərəyan edən proseselərin Dağlıq Qarabağ münaqişəsinə birbaşa dəxli var. Politoloqun qənaətincə, Rusiyadakı erməni kriminal qruplaşmalar zəifılədikcə, bu ölkədə Azərbaycanın əleyhinə çıxış edən ekspertlərin sayı azalır. M.Əhmədoğlu deyib ki, analoji hal ABŞ üçün də xarakterikdir. Onun fikrincə, ABŞ senatının əksər üzvləri ermənilərin çirkli pullarına şirniklənərək çox vaxt bir çox taleyüklü məsələlərdə ölkənin maraqlarını arxa plana keçirirlər.
SİTM sədri bildirib ki, Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini gündəmdə saxlaması paradoksal vəziyyət yaradıb: “Son vaxtlar Ermənistanda Dağlıq Qarabağın Ermənistana birləçdirilməsini istəyənlərin sayı xeyli artıb. Dağlıq Qarabağın “müstəqilliyi” tədricən arxa plana keçir”.
Sonda M.Əhmədoğlu bəzi təklifərini də dilə gətirib. Politoloq deyib ki, “Yenilənmiş Madrid Pprinsipləri” termini “Stepanakert/Xankəndi” termini ilə əvəzlənməlidir: “ATƏT-in ən böyük qüsuru konsensus prinsipi ilə işləməsidir. Beynəlxalq təcrübədə “konsensus-1” “konsensus-2” anlayışları mövcuddur. Mən “konsensus-2” prinsipini təklif edirəm. Burada söhbət tərəddüd edən tərəfin səsi nəzərə alınmadan qərar qəbul etməkdən gedir.Üşüncü təklifim isə Ermənistana sahib çıxılması ilə bağlıdır. Məncə, Rusiya dərhal Ermənistana sahib çıxmalıdır. Çünki Ermənistan nəinki xarici, hətta daxili siyasətdə də müstəqil qərar qəbul edə bilmir”.
Mail Ağaxanov