46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşünü şəhid ailələri ilə keçirib.
Rafael Cəbrayılov ilk öncə Şirvan şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etdi.Daha sonra şəhid ailələri ilə görüşən namizəd çıxışına şəhidlərə rəhmət və dualar etməklə başladı.
Seçkilərdə fəal olmağa və layiqli namizədə səs verməyə dəvət edən Rafael Cəbrayılov , şəhid ailələrinin qayğı və problemləri ilə maraqlandı.
Şəhid ailəri çıxış edərək dövlətin onlara göstərdikləri diqqət və qayğıdan danışmaqla yanaşı müəyyən məsələlərin həllində bəzi təkliflər verdilər.
Şəhid ailələri Rafael Cəbrayılova dəstək olduqlarını və bütün şəhid ailələrinin 1 noyabr tarixində səs verəcəklərini bildirdilər.
Rafael Cəbrayılov verilən təklifləri nəzərdə saxladığını, etimad qazanıb deputat seçildikdən sonra, səlahiyyətləri çərçivəsində həmin məsələlərin həlli istiqamətində köməklik göstərəcəyini bildirdi.