Dünya Bankı və Beynəlxalq maliyyə korporasiyası biznes işinin təşkili üçün ən komfortlu ölkələrin illik “Business Doing 2016” reytinq siyahısını açıqlayıb. Modern.az saytı xəbər verir ki, “Business Doing” reytinqi 10 əsas meyar – müəssisənin rahat qeydiyyatı, tikintiyə verilən icazə, eletkrik şəbəkəsinin vəziyyəti, investorların hüquqlarının qorunması və s. prinsiplər üzrə tərtib olunub.
Azərbaycan ”Business Doing 2016” reytinq cədvəlində 189 ölkə arasında 63-cü pillədə qərarlaşıb. Müəssisə qeydiyyatının rahatlığına görə Azərbaycan dünyada 7-ci, tikintiyə icazəyə görə 114-cü, elektrik şəbəkəsinə qoşulma rahatlığına görə 110-cu, özəl əmlakın qeydiyyatına görə 22-ci, kredit almaq proseduruna görə isə 109-cu pillədə qərar tutub.
Region dövlətlərindən Rusiya “Business Doing 2016” reytinqində 51-ci, Türkiyə 55-ci, Ermənistan 35-ci, İran 118-ci və Gürcüstan isə 24-cü olub.
Modern.az saytı biznes işinin təşkili üçün ən rahat ölkələrin siyahısını təqdim edir.
1. Sinqapur
2. Yeni Zellandiya
3. Danimarka
4. Cənubi Koreya
5. Honqkonq (Çin)
6. Böyük Britaniya
7. ABŞ
8. İsveç
9. Norveç
10. Finlandiya
11. Tayvan (Çin)
12. Makedoniya
13. Avstraliya
14. Kanada
15. Almaniya
16. Estoniya
17.İrlandiya
18. Malayziya
19. İslandioya
20. Litva
Vüqar İsmayılov