ABŞ-ın energetika xəbərləri üzərində ixtisaslaşan “Platts” agentliyi dünyanın ən iri 250 enerji şirkərtinin illik reytinq cədvəlini açıqlayıb.
Modern.az agentliyə istinadən xəbər verir ki, reytinq cədvəlində ilk pilləni ABŞ-ın “Exxon Mobile” şirkəti tutub.
İlk üçlüyə Amerikanın “Chevron Corp” və Britaniyanın “Royal Dutch Shell Pic” şirkətləri daxil olub.
Ötən il dünyanın ən iri 3-cü enerji şirkəti olan Rusiyanın “Qazprom” holdinqi isə bu il antirekord vuraraq 43-cü pilləyə qədər geriləyib. Rusiyanın reytinqdə ən layiqli təmsilçisi 10-cu pillədə qərarlaşan “Rosneft” şirkəti olub.
Modern.az ən iri 10 enerji şirkətinin adını təqdim edir.
1. Exxon Mobile Corp.
2. Chevron Copr.
3. Royal Dutch Shell pic.
4. CNOOC Ltd
5. PetroChina Co Ltd 6Phillips66
7. ConocoPhilips 8.Valero Energy Corp
9. China Petroleum & Chemical Corp
10. OJSC Rosneft Co
Vüqar İsmayılov