Modern.az

Müsavat Partiyası parlament seçkilərindən İMTİNA ETDİ

Müsavat Partiyası parlament seçkilərindən İMTİNA ETDİ

28 Oktyabr 2015, 14:39

Müsavat Partiyasının 1 noyabr parlament seçkilərində iştirakını dayandırması barədə qərar verib. Modern.az saytının məlumatına görə, bu barədə partiyanın başqanı Arif Hacılı bildirib.

Onun sözlərinə görə, Müsavat Partiyasının Divanı bu gün növbədənkənar iclas keçirib. İclasda siyasi məhbusların həbsdən azad edilmədiyini, seçki qanunvericiliyində demokratik islahatların aparılmadığını, seçki komissiyalarının hakimiyyətintam nəzarəti altında olduğunu, namizədlər arasında ayrıseçkiliyə yol verildiyini, Müsavat Partiyasının çox sayda namizədinin qeiydiyyatından əsassız imtina edildiyini, bərabərhüquqlu təbliğat imkanlarının yaradılmadığını əsas gətirən Divan üzvləri müvafiq qərar qəbul ediblər. Bu qərara görə, Müsavat Partiyası 1 noyabr 2015-ci il tarixdə keçiriləcək parlament seçkilərində iştirakını dayandırır.

“Siyasi məhbusların azad edilməməsi, azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühit yaradılmaması, seçki komissiyalarının hakimiyyətin nəzarəti altında qalması, bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməməsi, ictimai diskussiyaların təşkil edilməsi məqsədi ilə pulsuz efir vaxtının ayrılmaması şəraitində keçirilən seçkilərin nəticələrinin həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacağını vurğulayaraq Müsavat Partiyasının Divanı adından hakimiyyətdən parlament seçkilərinin təxirə salınaraq 4 ay sonraya təyin olunması tələb edilsin”-deyə Divanın qərarında bildirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu