Ölkənin cənub bölgəsinə yağan aramsız yağışlar xeyli fəsadlar yaradıb.Modern.az bildirir ki, Lənkəranın, İstisu qəsəbəsi, Girdəni, Vilvan, Sütəmurdov kəndlərini su basıb. Yağış yağan ərazilərdən əhali təxliyə edilib. Sözügedən kəndlərdən indiyə qədər 150-yə yaxın ailə köçürülüb.
İcra Hakimiyyətindən bildirilib ki, yağıntılar nəticəsində Vilvan kəndində olan körpünün bir hissəsi dağılıb. Vəziyyət hələ ki gərgindir.Bu arada yağıntının fəsadlarının qarşısını almaq üçün rayon fövqəladə hallar komissiyası ərazidə iş aparır, tədbirlər həyata keçirir.
Qeyd edək ki, bölgədə yağış hələ də davam edir.
Modern.az