Modern.az

Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyasını qadınlarla görüşlə başa vurdu-FOTOLAR

 Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyasını qadınlarla görüşlə başa vurdu-FOTOLAR

30 Oktyabr 2015, 23:45

Axşam saatlarında qadınlarla görüşən millət vəkili Qənirə Paşayeva ölkəmizdə cənab Prezidentin və Birinci Xanım Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan qadın siyasəti barədə geniş danışaraq bildirib ki, qızların təhsili məsələsinə daha da çox diqqət göstərilməlidir. 

“Savadlı cəmiyyət, savadlı anadan keçir”- deyən millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyasının sonunu yenə də qadınlarımızla görüşlə başa vurmaqdan məmnun olduğunu bildirib. O, hər zaman verilən dəstək üçün təşəkkür edib.   

Qənirə Paşayeva  bildirib ki, bu günə qədər olduğu kimi bundan sonra da qadınların haqları, onların cəmiyyətdə rolunun genişləndirilməsi, erkən nigahlara, məişət zorakılığına qarşı mübarizəni davam etdirəcək. Millət vəkili qadınların qayğı və problemlərini də dinləyib və təbliğat-təşviqat kampaniyasını onların xeyir-duası ilə başa çatdırıb.  

Qadınlar millət vəkili Qənirə Paşayeva seçkilərdə səsimiz sizindir deyiblər.  

 

 

 

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi