Modern.az

Bu gün Azərbaycanda parlament seçkiləri keçirilir

Bu gün Azərbaycanda parlament seçkiləri keçirilir

1 Noyabr 2015, 00:44

Bu gün - noyabrın 1-də Azərbaycanda V çağırış Milli Məclisə seçkilər keçirilir. Modern.az saytı xəbər verir ki, budəfki seçkilərdə Milli Məclisdəki 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır. 

Səsvermə səhər saat 8:00-da başlayacaq, axşam  19:00-da isə yekunlaşacaq.

Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin gedişi və nəticələri barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat yayacaq.

MSK-nın məlumatına görə, bu parlament seçkilərində 5 milyon 200 minə yaxın seçici 5547 məntəqədə səs verəcək.

Seçkiləri izləmək üçün ümumilikdə 66 min yerli müşahidəçi qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilərdən isə 503 nəfər akkreditasiyadan keçib. Onlar 40-a yaxın beynəlxalq qurumun nümayəndələridir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi