Modern.az

Yasamalda təxribatçı qrup aşkarlandı

Yasamalda təxribatçı qrup aşkarlandı

1 Noyabr 2015, 13:32



Ülvi Quliyevin namizəd olduğu 15 saylı Yasamal birinci seçki dairəsində təxribat halları müşahidə olunub.

Modern.az namizədin seçki qərargahına istinadən xəbər verir ki, seçici dəstəyi almağa ümidi olmayan bəzi namizədlər təxribat xarakterli hərəkətlərə başlayıblar. Belə ki, bəzi namizədlər tərəfinfən qabaqcdan hazırlanan seçicilər özləri ilə bərabər bir neçə şəxsiyyət vəsiqələri gətirərək, başqalarının da yerinə səs verməyə çalışıblar.

Seçicilərin dəstəyinə ümidi olmayan bir neçə namizəd tərəfindən yol verilən saxtakarlıq dairədə səsvermənin gedişinə mane olur.

Bundan başqa qanunsuz olaraq onlar seçkiyə gələn insanlardan şəxsiyyət vəsiqəsi tələb ediblər.

Qərargahdan verilən məlumata görə bütün bu faktlar onlar tərəfindən lentə alınıb və Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi