Milli Məclisə bu gün keçirilən seçkilərin nəticələri elan ediləndən sonra yeni seçilən deputatlara mandatlar təqdim edilməlidir. Modern.az saytı bildirir ki, yeni deputatlara
mandat verilənə qədər Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin nəticələri ilə bağlı sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.
Konstitusiya Məhkəməsi 10 gün müddətində nəticələri təsdiqləyəndən sonra deputatlara mandat verilməsi prosesini MSK həyata keçirəcək.
Bu səbəbdən qeyd etmək olar ki, Milli Məclisin yeni tərkibdə ilk iclası noyabrın sonlarına qədər baş tutacaq.
Qeyd edək ki, V çağırış Milli Məclisin ilk iclasında yeni deputatlara mandatla yanaşı, döş nişanı da təqdim ediləcək. Ümumiyyətlə, qanunvericiliyə görə, deputat seçilən şəxsə döş nişanı, diplomatik pasport və mandat verilir. Millət vəkillərinə verilmiş deputat mandatı və diplomatik pasportun üzərində istifadə müddəti göstərilir.
Milli Məclis 125 deputatdan ibarətdir.
Modern.az