Modern.az

Məzahir Pənahovun rəhbərliyilə neçə seçki keçirilib - STATİSTİKA

Məzahir Pənahovun rəhbərliyilə neçə seçki keçirilib - STATİSTİKA

1 Noyabr 2015, 16:00

Məzahir Pənahov 2000-ci ilin may ayından Mərkəzi Seçki Komissiyasına (MSK) rəhbərlik  edir.

Modern.az xəbər verir ki, o, 2011-ci il fevralın 22-də Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının təqdimatı ilə yenidən MSK-nın üzvü seçilib, fevralın 24-də MSK-da keçirilən səsvermə ilə yenidən bu qurumun sədri seçilib.

Bu gün keçirilən seçkilər Məzahir Pənahovun MSK-ya rəhbərliyi ilə dördüncü parlament seçkidir. Onun MSK-ya rəhbərliyi ilə ötən illərdə üç – 2003, 2008 və 2013-cü illərdə prezident seçkiləri baş tutub.

Azərbaycanda ilk bələdiyyə seçkisi 1999-cu il dekabrın 12-də keçirilib. Bundan sonrakı üç – 2004, 2009 və 2014-cü illərdə bələdiyyə seçkilərində MSK sədri Məzahir Pənahov olub.

Bundan əlavə, Məzahir Pənahovun rəhbərlik etdiyi MSK 2002 və 2009-cu illərdə referendum da keçirib.    

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi