Modern.az

ABŞ və Fransanın araşdırma mərkəzlərindən Azərbaycandakı seçkilərlə bağlı AÇIQLAMA

ABŞ və Fransanın araşdırma mərkəzlərindən Azərbaycandakı seçkilərlə bağlı AÇIQLAMA

Təhsil

1 Noyabr 2015, 21:00

Fransanın Fikir azadlığı Araşdırma institutu Opinionway  və Amerikanın söz azadlığı araşdırma mərkəzi Arthur J.  Finkenstein and Associates institutu Azərbaycanda seçkilər ilə bağlı apardıqları araşdırmaların nəticələrini açıqlayıblar.

Modern.az-ın məlumatına görə, təxminən 1200 azərbaycanlı seçici sorğuda iştirak edib. 

Seçicilərin 66,5%-i seçkilərdə əsas məsələnin Qarabağ məsələsi olduğunu düşünür.  30%-i isə bunu iqtisadiyyat məsələləri olduğunu qeyd ediblər.

71,4% Qarabağ məsələsinin indiki dövlət tərəfindən həll ediləcəyinə inanır.

ABŞ - ın Arthur J. Finkenstein and Associates fikir azadlığı araşdırma mərkəzi qeyd edir ki,  Qərbi dövlətlər,  Qarabağ münaqişəsinin Azərbaycan üçün və seçkilər üçün  nə qədər önəmli məsələ olduğunu dərk etmirlər.

Hər iki müəssisələrinin gəldiyi nəticə onu da göstərir ki,  İlham Əliyev seçicilərin etibarını hələ də saxlayır və növbəti prezident seçkilərində 78,8% (Opinionway)  ona səs verəcəklər. Finkenstein görə isə 82,1%.

Bu günki seçkilərdə isə sorğunun nəticələrinə görə 70% yeni Azərbaycan partiyasına səs verəcəyini bildiriblər

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi