"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov 123 saylı Kəlbəcər rayon seçki dairəsinin Yevlax şəhərində yerləşən 32 saylı məntəqəsində səs verib. O, bu dairədən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Cavid Qurbanova səs verib.
Qeyd edək ki, 123 saylı seçki dairəsinin Bakı şəhərində yerləşən 4 saylı məntəqəsində 102 yaşlı Baxşəliyeva Xeyrənsə İsmayıl qızı və Bərdə şəhərində yerləşən 22 saylı məntəqəsində 103 yaşlı Gülabıyeva Zeynab Calal qızı səs vermədə iştirak ediblər.