Modern.az

Xankəndinin icra strukturları bərpa edilir

Xankəndinin icra strukturları bərpa edilir

Təhsil

2 Noyabr 2015, 12:45


Deputat Flora Qasımova hələ ötən çağırış Milli Məclisdə Xankəndi ilə bağlı məsələ qaldıraraq, digər işğal olunmuş ərazilər kimi Ermənistanın zəbt etdiyi Xankəndi şəhərinin icra strukturunu yaratmaq təklifi irəli sürmüşdü.  

Deputatın bu təklifi bütövlükdə cəmiyyət tərəfindən dəstək qazandı.

Hətta ayrı-ayrı deputatlar açıq şəkildə Flora Qasımovanın təklifini təqdir etdilər.

Bəs, məsələ ilə bağlı hansı işlər görülür?

Hökumətdəki mənbələrədən Modern.az saytına daxil olan məlumata görə, məsələ üzərində iş gedir. Xankəndi icra strukturlarının bərpası üçün addımlar atılır.

2016-cı ildə bu məsələnin gerçəkləşəcəyi gözlənilir.

 Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi