Modern.az

Telman İsmayılovun oteli satıldı

Telman İsmayılovun oteli satıldı

İqtisadiyyat

2 Noyabr 2015, 14:11

Azərbaycanlı iş adamı kimi tanınmış Telman İsmayılovun “Mardan Palace” otelinin yeni sahibi bəlli oldu. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu gün 719 milyon lirəyə satışa çıxarılan otel Xalq Bankı tərəfindən 360 milyon 50 min TL-yə satılıb. Otelin yeni sahibi Xalq Bankı oldu.

Telman İsmayılovun Antalyada inşa etdirdiyi otel 2009-cu ilin 23 mayında istifadəyə verilmişdi. Açılışa dünyaca məşhur ulduzlar gəlmişdi. Otelin açılışında Ricard Gir, Şeron Stoun, Monika Belluci, Tom Ceyns və Qazxıstanın prezidenti Nursultan Nazarbayev də qatılmışdı.

Telman İsmayılov otelə 1,4 milyard dollar yatırmışdı. Otelin qarşısındakı çimərliyə isə Misirdən 9 min ton qızılı rəngli qum gətirilmişdi.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama