Modern.az

Universitet nazirin atasının kitabını təqdim etdi

Universitet nazirin atasının kitabını təqdim etdi

Təhsil

2 Noyabr 2015, 17:00

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası görkəmli alim, kimya elmləri doktoru professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Məhərrəm Əli oğlu Məmmədyarovun “Biblioqrafiya” adlı kitabının təqdimatını keçirib.

Modern.az saytı xəbər verir ki, Məhərrəm Məmmədyarovun əsas elmi istiqamətini yeni sintetik sürtkü yağlarının alınması və neft mikrobiologiyasi təşkil edir. Onun rəhbərliyi ilə neft mikrobiologiyası sahəsində tədqiqatların təşkili nəticəsində Azərbaycanda ilk dəfə olaraq neft xüsusi növ mikroorqanizmlərdən istifadə etməklə neft quyularının məhsuldarlığının artırılmasının yeni üsulu işlənib hazırlanıb və sənaye miqyasında sınaqdan keçirilib.
“Məhərrəm Əli oğlu Məmmədyarovun biblioqrafiyası”nda 1954-cü ildən 2015-ci ilə qədər olan dövrü əhatə olunub. Kitaba müxtəlif toplularda, jurnallarda, qəzetlərdə rus və ingilis dillərində çap olunmuş məqalələr və monoqrafiyalar daxildir.

Onun çoxsaylı istiqamətdə apardığı elmi tədqiqat işlərinin nəticəsi 3 monoqrafiyada, respublikada və xaricdə nəşr olunan 300-dən çox elmi məqalədə və 57 ixtirada öz əksini tapıb. Hazırda Məhərrəm Məmmədyarov Azərbaycan elmlər Akademiyasının Kimya İnstitutunda “Sintetik yağlar” laboratoriyasına rəhbərlik edir.

Qeyd edək ki, Məhərrəm Məmmədyarov xarici işlər naziri Elmar Məmmədyarovun atasıdır.

Elmin NURİ

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi