Modern.az

Ərdoğanın sarayı qarşısında intihara cəhd

Ərdoğanın sarayı qarşısında intihara cəhd

Təhsil

2 Noyabr 2015, 17:18


Tarabyadakı Prezidentlik Huber Köşkündə hərəkətli dəqiqələr yaşanıb.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, İstanbuldakı Tarabya Köşkünün qonaqlar üçün girişindəki növbətçi məmurla mübahisə edən və çıxan qalmaqal əsnasında təhlükəsizlik işçisinin silahını alan bir adam, əvvəlcə polisə atəş açdı, ardından da başına atəş açaraq intihara cəhd edib.

Yaralanan gənc xəstəxanaya aparılıb. Ağır yaralı olan və həyati təhlükəsi davam edən gəncin, ruhi cəhətdən probleminin ola biləcəyi iddia edilir. Həmin şəxsin bəzi cinayətlər törətdiyinə görə məhkumluq həyatı yaşadığı öyrənilib.

Hadisə ilə əlaqədar istintaq gedir.  

Hadisə ilə bağlı verilən açıqlamada qeyd edilir ki, köşkə girməyə israrçı olan 20 yaşlarındakı gənc, yaşanan qalmaqal əsnasında təhlükəsizlik işçisinin silahını alaraq əvvəl polisə atəş etdi, ardından da öz başından güllə ilə vuraraq intihara cəhd göstərib.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi