Təhsil naziri Mikayıl Cabbarov “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.
Modern.az xəbər verir ki, əmrə əsasən, 2016-cı ilin 11-13 fevral tarixlərində keçiriləcək bu müsabiqədə ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlər öz elmi layihələri ilə iştirak edə bilərlər.
“Sabahın alimləri” Respublika müsabiqəsi hər il ABŞ-da təşkil edilən İntel İSEF–İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir.
Respublika müsabiqəsində ciddi elmi nəticə əldə etmiş şagirdlər Münsiflər Heyəti tərəfindən seçilərək İntel İSEF-də iştirak etmək hüququ qazanırlar.
Modern.az