Modern.az

Yeni deputatlar kimlərlə "parta yoldaşı" olacaq?

Yeni deputatlar kimlərlə "parta yoldaşı" olacaq?

3 Noyabr 2015, 11:35

 

1 noyabr ölkədə keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, yeni seçilən 27 deputatla Milli Məclisin tərkibi 22 faiz dəyişib.

İlk dəfə parlamentə ayaq basacaq millət vəkilləri bəs kimlərlə "parta yoldaşı" olmaq istəyir?Yəni yeni seçilənlər iclas zalında kimnlə yanaşı əyləşməyi planlaşdırırlar.

Modern.az saytı parlamentə yeni seçilən deputatların bəzilərindən bunu öyrənməyə çalışıb.

35 saylı Xətai üçüncü seçki dairəsindən seçilən Araz Əlizadə bildirib ki, Milli Məclisdə onların istəyi ilə yanaşı oturmaq qaydası yoxdur. “Orada kiminlə istəyirsənsə, yanaşı otura bilmirsən. Onu təyin edirlər. Ümumiyyətlə isə kiminlə yanaşı  düşməyimin mənə fərqi yoxdur” deyə yeni seçilmiş deputat vurğulayıb. 

62 saylı Saatlı seçki dairəsindən seçilən Əflatun Amaşov isə bu haqda hələ düşünmədiyini bildirib. Onun sözlərinə görə, hələ V çağırış Milli Məclisin ilk iclasına çox vaxt var və bu barədə indidən düşünmək tezdir. 

89 saylı Göyçay-Ağdaş seçki dairəsindən seçilən Elman Nəsirov bildirib ki, bu çox çətin və mürəkkəb sualdır:

" Məni parlamentdə deputatlıq fəaliyyətim müddətində öz sahəm və digər əhəmiyyətli məsələlərlə bağlı nə kimi yeniliklər ortaya qoyacağım düşündürür.Kiminləsə yanaşı oturmaq barədə hələ düşünməmişəm. Deyərdim ki, sizin sualınızdan sonra beynimdə canlandırmağa çalışdım. Amma hələlik bir söz deyə bilməyəcəm. Bu çox çətin və mürəkkəb sualdır”.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən seçilən Tahir Kərimli də bu sualın onun üçün çətin olduğunu vurğulayıb. 

“20 ildən çoxdur ki, parlamentdən, siyasi partiyalardan uzaq qalmışam. Mənim üçün bu sualı cavablandırmaq çətin olacaq. Çünki mənim xassiyyətim elədir ki, heç kimə yaxınlaşa bilmirəm. Yəqin ki, ilk iclasda tək oturacam, ya da təsadüfən kiminləsə yanaşı əyləşəcəm. Amma orta yerlədə oturmağı tərcih edəcəm”.  

Aytən ZƏHRA


Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama