Modern.az

Azərbaycanlı jurnalistdən qalmaqallı KİTAB: “Çox şeylər alt-üst olunub”

Azərbaycanlı jurnalistdən qalmaqallı KİTAB: “Çox şeylər alt-üst olunub”

4 Noyabr 2015, 16:53

Jurnalist Xəqani Ədəboğlunun türk tarixindən bəhs edən “Türkçülükdə “səlcuqlu” xəstəliyi” adlı yeni araşdırma monoqrafiyası nəşr olunub.

Kitabda türkçülük tarixi ilə bağlı təhriflər, bu sahədəki araşdırmalardakı boşluqların yerini doldurmaq üçün xeyli sayda tarixi mənbələrdən istifadə edilib.

Kitabın müəllifi Xəqani Ədəboğlu Modern.az saytına bildirib ki, kitab  türkçülükdə düşmənçilik yarada biləcək mövzulara həsr olunub:

“Türklərin ortaq tarixi yoxdur. Hazırda türk “müsəlmanam və türkəm” deyir. Əslində türkçülükdə Yasəvi kimi “Türkəm və müsəlmanam” olmalıdır. Bu gün ölkəmizdə də nurçu-vəhhabi təbliğatı ilə ulularımıza qarşı qarayaxma aparılır. Ortaya atılanlar onsuz da bilgisiz xalqı çaşdırmaqla məşğuldurlar.

Kitabda bu fikirləri alt-üst edəcək faktlar var. Çingiz xan, Əmir Teymur, Şah İsmayıl Sultan Səlim şəxsiyyətləri, sünni-şiə məsələlərinə toxunulub”.  

Elmin NURİ    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu