Modern.az

Rusiya Qafqaza qayıdır - Regionda həlqə daralır

Rusiya Qafqaza qayıdır - Regionda həlqə daralır

Təhsil

5 Noyabr 2015, 11:33


SSRİ-nin dağılmasından sonra Rusiyanın geosiyasi oyunları, ətrafındakı postsovet ölkələrində nüfuzunu qoruyub saxlamaq, onların Şərqi və Mərkəzsi Avropadakı keçmiş kommunist respublikaları kimi Qərbin təsir dairəsinə düşməsinin qarşısını almaqdan ibarət idi. Bu və ya digər formada postsovet respublikaları Moskvanın dəmir əlini başları üzərnidə hiss etsələr də, vaxt getdikcə ABŞ-ın bölgədə nüfuzu güclənirdi.

Rusiya öz aqressiv postimperialist doktirnası ilə öncə Baltikyanı dövlətləri, ardınca Moldova və Ukraynanı da itirdi.

Amerika-Rusiya geosiyasi oyunlarının cərəyan etdiyi əsas cəbhələrdən biri də Cənubi Qafqaz regionu idi. Kreml her bir vəchlə strateji kommunikasiya yolları üzərində, Avropa və Asiyanın yol ayrıcında yerləşən Azərbaycan, Ermənistan və Gürcüstanı itirmək istəmirdi. Məhz bu səbəbdən 90-cı illərin əvvəllərindən Vaşinqton və Moskva arasında regionda gərgin diplomatik oyunlar aparılırdı. İlk illər Yeltsin Rusiyası bu oyunlardan qalib ayrılırdı, Qafqaz respublikalarının keçmiş kommunist liderləri Kremlin müəyyən etdiyi qırmızı xətti keçmirdilər. Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələrində qızışdırcı mövqe tutan Rusiya məhz “dondurulmuş münaqişə”lər hesabına bölgədə öz təsirini qoruyub saxlamağa çalışırdı.

Lakin III minillik Rusiyanın bölgədəki nüfuzunu sual altına qoydu. Gürcüstanda hakimiyyətə gələn qərbyönümlü lider Mixail Saakaşvili ömrünün əsas hissəsini sovet orqanlarında çalışan mühafizəkar Eduard Şevardnadzedən fərqli siyasət yürüdürdü. Təbii ki, bu Moskvanın xoşuna gəlmirdi və gürcü liderin Putinə güzəştə getməmək istəyi sonda 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə səbəb oldu. Həmin vaxtdan başlayaraq, Abxaziya və Cənubi Osetiya kimi separatçı qurumların müstəqilliyini tanımaqla ilə Rusiya Gürcüstandakı təsir rıçaqlarını itirmişdi.  

Amma 2013-cü ildə Saakaşvilinin səlahiyyət müddəti başa çatmamış ölkəyə Rusiya ilə sıx əlaqələri olan milyarder Bidzina İvanişvili geri döndü.

İvanişvili və onu baş nazir postunda əvəzləyən David Qarivaşvili Gürcüstanın Avropaya orientasiyasını dəyişməsə də, Rusiya ilə də isti münasibətlər qurdular. Bu, xüsusən özünü, Azərbaycan qazı hesabına öz ehtiyaclarını ödəyən ölkənin “Qazprom”dan yaxın illərdə qaz alacağı anonsunu verməsi ilə göstərdi. Energetika naziri Kaxa Kaladzenin bununla bağlı verdiyi məlumatlar cəmiyyətdə Rusiyanın yenidən Gürcüstan bazarına qayıtmasını göstərdi. Digər tərəfdən, Rusiya Gürcüstana 2006-cı ildə tətbiq etdiyi sanksiyaları ləğv edərək ərazisinə çaxır, mineral sular və meyvə buraxılmasına icazə verdi. 2014-cü ilin yayında isə əksəriyyəti Saakaşvili hökuməti tərəfindən Rusiyanın xeyrinə casusluq etməkdə ittiham olunaraq həbsxanalara salınan 4 min məhbus azadlığa buraxıldı.Baş verənlər Gürcüstan cəmiyyətində Avropaya, yoxsa Avrasiya İttifaqına meyl etməklə bağlı yeni diskussiyalara səbəb oldu. Belə desək, Kreml müxtəlif gizli və aşkar təzyiq mexanizmləri ilə cənub qonşusunu dezorientasiya edə bildi.

Cəunib Qafqazın ən kiçik respublikası Ermənistan isə sanki bütün dövrlər üçün Rusiyanın tərkibində qalacaq. Bu təəssüratın yaranmasına səbəb rəsmi Yerevanın həm iqtisadi, həm siyasi,. həm də hərbi baxımdan Moskvadan asılı vəziyyətdə olmasıdır. Regionda yürütdüyü təcavüzkar siyasətə görə regional autsayderə çevrilən ölkə başqa seçim edə də bilməz. Həm Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası, həm Rusiyada işləyərək vətənlərinə pul göndərən çoxmilyonlu miqrant ordusu, həm də Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması və digər məsələlər rəsmi Yerevana manevr imkanlarını tamailə məhdudlaşdırıb. Məhz Ermənistan vasitəsilə Rusiya bölgəyə ən real təsir rıçaqını əlində saxlayır.

Azərbaycana gəldikdə, Rusiyanın ən az təsir imkanlarının olduğu respublikadır. Zəngin karbohiqrogen ehtiyatları Bakıya uzun müddət müstəqil siyasət verməyə imkan verib. 2012-ci lidə ölkə ərzaisindəki sonuncu Rusiya hərbi obyekti – Qəbələ RLS-in Azərbaycana qaytarılması məhz bu müstəqil enerji siyasətinin sayəsində baş verdi.

Azərbaycan Rusiyanın maraqlarını nəzərə alır, buna görə də Moskvanın Azərbaycana təsir imkanları yoxdur. Lakin Kremlin Cənubi Qafqazın digər ölkələri olan Gürcüstan və Ermənistana təsir imkanları çox genişdir.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi