Modern.az

Zakir Qaralov azərbaycanlı qadının döyülməsinə görə rusiyalı həmkarına müraciət etdi

Zakir Qaralov azərbaycanlı qadının döyülməsinə görə rusiyalı həmkarına müraciət etdi

Təhsil

5 Noyabr 2015, 16:07

Sankt-Peterburqda azərbaycanlılara qarşı törədilən cinayətlə bağlı Rusiyanın baş prokuroruna müraciət ünvanlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilir ki, müraciətdə azərbaycanlı ailəsinə qarşı törədilən qanunazidd hərəkətlər qəti pislənib.

Azərbaycanın baş prokuroru Zakir Qaralov 2015-ci ilin iyulunda Sankt-Peterburq şəhərində polis əməkdaşı tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rusiya vətəndaşı İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol verməsi ilə əlaqədar Rusiyanın baş prokuroru Yuri Çaykaya müraciət edib.

Polis əməkdaşının törətdiyi cinayət hadisəsinin ictimaiyyət arasında rezonans doğurduğu bildirilməklə cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi