Modern.az

Qəbələ səfərdə məğlub oldu

 Qəbələ səfərdə məğlub oldu

Təhsil

5 Noyabr 2015, 23:54

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü təsnifat mərhələsi çərçivəsində noyabrın 5-də Dortmundun “Siqnal İduna Park” stadionunda “Borussiya” komandası “Qəbələ” klubunu qarşılayıb. Modern.az xəbər verir ki, maraqlı idman mübarizəsi şəraitində keçən oyunda ilk yarı meydan sahiblərinin üstünlüyü ilə keçib. “Borussiya” 29-cu dəqiqədə Marko Roysun zərbəsi ilə hesabda irəli çıxıb – 1:0. Qarşılaşmanın 45-ci dəqiqəsində isə Dortmund təmsilçisinin hücumcusu Pyer Emerik Obameyanq hesabı artırıb – 2:0. İkinci hissədə daha iki dəfə fərqlənən meydan sahibləri 4:0 hesabı ilə qələbə qazanıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi