Şəki şəhərində abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə 5 milyon manat ayrılıb. Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin noyabrın 5-də imzaladığı “Şəki şəhərində abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Şəki şəhərində abadlıq-quruculuq işlərinin daha da sürətləndirilməsi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.
Prezident İlham Əliyev noyabrın 5-də “Zaqatala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” da Sərəncam imzalayıb. Sərəncama əsasən, Zaqatala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 3 milyon, o cümlədən 12 çoxmənzilli binanın əsaslı təmirinə 2 milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə 1 milyon manat ayrılıb.Prezident İlham Əliyevin noyabrın 5-də imzaladığı “Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Modern.az