Modern.az

“Charlie Hebdo” bu dəfə təyyarə qəzasında ölənlərə karikatura çəkdi - FOTOLAR

“Charlie Hebdo” bu dəfə təyyarə qəzasında ölənlərə karikatura çəkdi - FOTOLAR

6 Noyabr 2015, 10:59

Fransanın satirik “Charlie Hebdo” jurnalı Misirdə qəzaya uğrayan Rusiya təyyarəsinə həsr olunmuş 2 karikatura dərc edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, karikaturalardan birində İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzvlərinin üzərinə düşən təyyarə və insan qalıqları təsir olunub.

Şəklin şərh yerində isə “Rusiya aviasiyası öz bombardumanlarını intensivləşdirib”, - izahı yazılıb.

İkinci karikaturda təyyarə qalıqlarının ortasında insan kəlləsinin rəsmi təsvir olunub. Sonda “Gərək ki, “Air Cocaine”də uçardım”, - belə replika deyilir.

Oktybarın 31-də Misirdə Sinay yarımadası üzərində qəzaya uğrayan Rusiyaya məxsus Airbus A321 təyyarəsində 224 nəfər həlak olub.


Vüqar İsmayılov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi